XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyun 2019 - 11:22

Qabiliyyət imtahanına qeydiyyat başa çatır –Bu gün son gündür

V qrup, bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Strateq.az-a bildirilib ki, həmin komissiyalar üzrə qeydiyyat bu gün saat 23:59-da dayandırılacaq.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.