Səhiyyə Nazirliyinin mətbuat xidməti vəzifəsindən azad olunan Anar Qədirli nazirliyin strukturunda yaradılmış mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunub.
Strateq.az bildirir ki, bu barədə ANS-ə nazirliyin mətbut xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. A.Qədirlinin yerinə isə jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı olmuş Liya Bayramova təyin olunub.
Qeyd edək ki, A. Qədirli öz ərizəsi ilə işdən azad olunub.