XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

28 İyun 2019 - 11:50

Nazir müavini:"Gələn il ali məktəblərə qəbul göstəricisi 6,4% artacaq"

“Orta məktəblərdə sığorta ilə bağlı xüsusi dərsliklər olmasa da, “Həyat Bilgisi” dərsliyində sığorta haqqında məlumat verilib”.

Bunu Bakıda keçirilən “Sığorta Forumu”nda çıxış edən Azərbaycan Təhsil nazirinin müavini İdris İsayev deyib.

İ.İsayevun sözlərinə görə, 4-cü və 8-ci siniflərin “Həyat bilgisi” sığortaya dair məlumatlar yer alıb.

“Son 5 ildə ali məktəblərə qəbulun səviyyəsi 20,8% artıb. Bu artım tendensiyası növbəti tədris ilində də davam edəcək. Növbəti təhsil ilində bu rəqəm 6,4% artacaq. Bu isə ümumilikdə 4500 tələbə deməkdir”, – o, əlavə edib.

Nazir müavini deyib ki, peşə məktəblərində sığorta sahəsi üzrə peşəkar kadrlar hazırlanır:

“Peşə təhsili pilləsində sığorta agenti ixtisası üzrə hər il təxminən 80 nəfər tələbə qəbul olunur. Orta ixtisas təhsili pilləsi üzrə isə hər il sığorta işinin təşkili ixtisası üzrə 200-ə yaxın qəbul planı hıyata keçirilir. Ali təhsilin magistratura pilləsində 16 tələbə sığorta işinin təşkili üzrə, 30 tələbə isə sığorta idarəetməsi ixtisası üzrə təhsil alır”. /Report