XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 12:50

Müxalifət parlamentin iclasını boykot etdi-Gürcüstanda

Gürcüstanda müxalifət partiyaları parlamentin plenar iclasını boykot ediblər.

Müxalif “Milli Hərəkat” və “Avropalı Gürcüstan” partiyalarının parlament fraksiyaları bugünki plenar sessiyanı siyasi boykot etdiklərini açıqlayıblar.

Partiyaların fraksiyaları bunun ölkədə baş verən proseslərlə əlaqəli olduğunu bildiriblər.

Parlament bürosunun artıq müxalifət fraksiyalarının boykot etmə müraciətini aldığı bildirilib.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin yaz sessiyasının sonuncu iclasıdır. /APA