XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 15:06

Gömrük generalı çağırış etdi: [color=red]”İşbazlardan uzaq durun!”

Bakı Gömrük İdarəsi sahibkarlara rüsumu birbaşa, ikinci, üçüncü şəxslərin iştirakı olmadan ödəməyi məsləhət görüb.

İdarənin rəisi Vüsal Novruzov ANS-ə müsahibəsində deyib: "İşbazlar brokerlər adı altında iş adamları ilə sövdələşməyə getdiyi üçün sonda iş adamına böyük ziyan dəyir. Onun idxal etdiyi malın maya dəyərinə təsir göstərir. Biz müraciət edirik – işbazlardan uzaq durun. Bir müddət öncə sahibkarların iştirakı ilə tədbir keçirildi. Orda mən çıxış etdim və sahibkarlara tövsiyə etdim ki, özləri öz mallarını bəyan etsinlər və etdilər, nəticəsini də gördülər".