XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2019 - 17:53

FHN Qubada qaz partlayışı ilə bağlı məlumat yayıb

Quba rayonunda qaz partlayışı olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Amsar kəndində ümumi sahəsi 48 kv.m olan kürsülü, birmərtəbəli 2 otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

Yanğın nəticəsində evin döşəməsi 4 kv.m sahədə yanıb.

Yanğın zamanı 4 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.