XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

29 İyun 2019 - 23:55

“Azərenerji”:"Ölkənin enerji təchizatında heç bir fasilə yaranmayıb"

Bu gün saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

“Azərenerji”dən APA -ya verilən məlumata görə, baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb.

“Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb. Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb”, – məlumatda qeyd olunub.