İyunun 29-da – “Minsk 2019” ikinci Avropa Oyunlarında karate yarışlarının birinci günündə təmsilçimiz Roman Heydərov bürünc medalı qazanıb.
Trend-in məlumatına görə, kata yarışlarındakı yeganə təmsilçimiz R.Heydərov bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorquneri məğlub edib – 25:46-24:54.
Xatırladaq ki, B qrupunda ilk çıxışında 24,63 xal toplayaraq növbəti mərhələyə yüksələn karateçimiz bu mərhələdə 25,40 xal yığaraq bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb.