XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 June 2019 - 12:30

ETSN:"İyun ayında ən sərin hava 1996-cı ildə qeydə alınıb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Bakı şəhərində müşahidə olunan hava şəraitinin iyun ayı üçün xarakterik olub-olmamağına aydınlıq gətirib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, çox illik meteoroloji məlumatlara əsasən, iyun ayında Bakıda ən sərin hava 1996-cı ildə qeydə alınıb.

U. Tağıyeva qeyd edib ki, 1996-cı ilin iyunun 2-də Bakıda havanın temperaturu 8.1 dərəcə olub. /AA