XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 June 2019 - 17:45

Güclü külək Bərdədə fəsadlara səbəb olub –FOTOLAR

Bərdə rayonunda külək bir sıra fəsadlar və dağıntılar törədib.

Rayonun Ərəb-2 kəndində güclü külək fərdi yaşayış evinin üstünə aşıb.

İrigövdəli ağac evin dam örtüyünü dağıdıb, evin hasarlarında çatlar əmələ gəlib. Hadisə zamanı ağac elektrik xəttini qıraraq heyvanın üzərinə salıb. Nəticədə iribuynuzlu heyvan ölüb, bununla da təsərrüfat sahibinə 1000 manatdan çox ziyan dəyib.

Eyni zamanda Bakı küçəsində də irigövdəli ağac qırılaraq avtomobil yoluna düşüb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Şəhər mərkəzi ilə bərabər, bir çox kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü külək elektrik dirəklərini aşırıb, xətləri qırıb. /Report