“Biz bəzən müəyyən sahələrlə bağlı təhdidlərlə üzləşirik. Spesifik təhdidlərə gəlincə, əgər səylərimizi birləşdirməsək, mədəni irsi qorumasaq, hansı həmrəyliyimiz ola bilər?”
Bunu UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Betlehem kilsəsi və Çilidə yerləşən məzar daşlarının UNESKO-nun tərkibində olan təhlükəli məkanların siyahısından çıxarılaraq adi siyahıya düşməsi məsələsinə də baxılacaq/Report.