XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2016 - 05:56

Mini ətəyin yaradıcısı [color=red]vəfat etdi

Mini ətəyin yaradıcısı vəfat etdi

Fransada mini ətəyin yaradıcısı Andre Kurrej vəfat edib.

 
“Report” xəbər verir ki, o, 93 yaşında yuxuda ikən dünyasını dəyişib.
 
Kurrej son illəri Parkinson xəstəliyindən əziyyət çəkib.
 
Kurrej Parisə Po şəhərindən əlində memar-inşaatçı diplomu ilə gəlib. 11 ildən sonra həyat yoldaşı ilə şəxsi “Courrèges” moda evini təsis edib.
 
Sonradan o səhmlərin nəzarət paketini Yaponiya şirkətinə satıb. Şirkət isə onun yaradıcılıq işlərinə müdaxilə etməyə başlayıb. Belə olan halda Kurrej modadan gedib, rəssamlıq və heykəltəraşlıq ilə məşğul olub.