Xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq.
Bu barədə APA-ya mərhum xalq şairinin ailəsindən bildirilib.
Xalq şairi ilə vida mərasimi yanvarın 11-də saat 12.00-dən 14.00-dək Təzə Pir məscidində keçiriləcək.
Xatırladaq ki, Zəlimxan Yaqub dünən dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.