XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2016 - 06:05

​Sumqayıtda “Niva” gölə düşüb, [color=red]sürücü boğulub ölüb

​Sumqayıtda “Niva” gölə düşüb, sürücü boğulub ölüb

Axşam saatlarında Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində gölə “Niva” markalı minik avtomobili düşüb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
 
Xilasedicilər suda batmış 1988-ci il təvəllüdlü Anar Nurəddin oğlu Həsənovun cəsədini və avtomobili batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat dünən saat 19:20-də başa çatıb.