İranda zəlzələ

İranın şərqində yerləşən Rezevi- Xorasan əyalətinin Kaşmer şəhərində 5,2 bal gücündə zəlzələ olub.
“Report” İran KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Tehranın Geofizika İnsititutunun Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağının 10 km dərinlikdə yerləşdiyi açıqlanıb. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində 35 nəfər yaralanıb.