XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2019 - 19:01

Ədliyyə Nazirliyi:"65 bələdiyyə sədri barədə protokollar məhkəmələrə göndərilib"

38 minədək bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək akt Ədliyyə Nazirliyinin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində qanunsuz ayrılmış 2.800 ha torpaq sahəsi geri qaytarılıb.