XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2016 - 08:44

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni rəhbər [color=red]təyin olundu

Rabitə və yüksək Texnologiyalar Nazirliyinə məxsus Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) yeni rəhbər təyin edilib.

Fins.az-ın məlumatına görə, nazirliyin «Aztelekom» İstehsalat Birliyinin marketinq və satış departamentinin rəisi Razi Tağıyev BTRİB-in texniki direktoru təyin olunub və birliyin direktoru vəzifələrini müvəqqəti icra etməyə başlayıb.

İndiyədək İB-nin texniki direktoru olan və quruma rəhbərlik edən Rəsul Qurbanov vəzifəsindən azad edilib. R.Qurbanov Yasamal Telefon Qovşağına baş mühəndis təyin edilib.