XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 10:54

Bakı Nəqliyyat Agentliyi:"Bakının bəzi ərazilərində işıqforlar işləmir"

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.