Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyyə olunub.
Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.