XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2019 - 13:41

Həsən Ruhani:"Uranı daha da zənginləşdirəcəyik"

“Bu il iyulun 7-dən etibarən uranın zənginləşdirməsi daha 3,67% səviyyəsində olmayacaq”.

Bunu İran Prezidenti Həsən Ruhani deyib.

O, nüvə sazişi ilə bağlı öhdəlikləri bir kənara qoyub, zənginləşdirmə səviyyəsini yuxarı qaldıraraq istədikləri səviyyədə saxlayacaqlarını bildirib.

Xatırladaq ki, İran tərəfi ABŞ-ın nüvə sazişindən çıxmasının ili tamam olanda – mayın 8-də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bir sıra öhdəliklərinin, o cümlədən zənginləşdirilmiş uran və ağır su ehtiyatları üzrə öhdəliklərin yerinə yetirilməsini dayandırdığını elan edib. /Report