Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi arasında görüş keçirilib.
Görüşdə çıxış edən Rusiya XİN başçısı ölkəsinin İƏT-lə aktual məsələlərin müzakirəsini davam etdirmək imkanını yüksək qiymətləndirib.
S. Lavrov bildirib ki, Rusiya İƏT-də 2005-ci ildən müşahidəçi olandan sonra tərəflər arasında münasibətlər çox intensiv inkişaf edir: “Fələstin-İsrail münaqişəsi, Suriya və Liviya ilə bağlı məsələlərdə mövqelərimizin kombinasiyasını çox vacib hesab edirik”. /APA