XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

03 İyul 2019 - 20:56

Böyük Qafqazın cənub yamacında yeni sel ocaqlarının sayı artıb- Coğrafiya İnstitutu

AMEA Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşlarından ibarət “Tufandağ ekogeomorfoloji dəstəsi” Böyük Qafqazın cənub yamacında çöl tədqiqatlarında olublar.

İnstitutdan APA-ya verilən məlumata görə, baza Tüntül kəndi (Qəbələ rayonu) olmaqla üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.

Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması, yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi hallarını müşahidə ediblər.