XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2016 - 19:18

Xalq şairi Zəlimxan Yaqubun vəsiyyəti… -[color=red] Oğlu danışdı

zelimxan yaqub.jpg

Xalq şairi Zəlimxan Yaqubun evində təziyyə mərasimi keçirilir.

Musavat.com-a açıqlama verən mərhum şairin oğlu Bəhlul Yaqubov böyrək çatışmazlığından əziyyət çəkən Z.Yaqubun son anından bəhs edib: “Atamdan səhhəti ilə bağlı çox şey gizlədirdik. İnsandır, yəqin ki, ölümünü hiss edirdi. Bizə vəsiyyət edib getdi. Son sözləri “Xalqım, millətim üçün mənalı ömür yaşadım, övladlarıma da bu cür həyat yaşamağı arzulayıram” oldu”.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Mərhum ilə vida mərasimi yanvarın 11-də saat 12.00-dən 14.00-dək Təzə Pir məscidində keçiriləcək.