XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 06:39

“2014-cü ildə Rumıniyadan Azərbaycana ən böyük ixrac qeydə alınıb” -[color=red] Səfir

“Azərbaycanla Rumıniya arasında çox gözəl münasibətlər var”.

Bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı əlaqələndiricisi Kristian Çiobanu deyib.

O bildirib ki, iqtisadi münasibətlər də sürətlə inkişaf edir:

“2014-cü ildə Rumıniyadan Azərbaycana ən böyük ixrac qeydə alınıb. Ötən il də ilin ilk 11 ayında ixracın 9 faiz artımı baş verib. Yəni 2015-ci il üçün ən yüksək ticarət dövriyyəsi nəticəsi gözləyirik. Bu il də qarşılıqlı rəsmi səfərlər planlaşdırılır. Bu il əməkdaşlığımız üçün uğurlu il olacaq. Çünki bizim ortaq maraqlarımız var. Gözəl əməkdaşlığımız və aramızda yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ticarət, sənaye, iqtisadiyyat, mədəniyyət sahələrində olan əməkdaşlığımız da bizim üçün çox vacibdir”. 

Apa.az