Bu gün Futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə əsas mərhələdə çıxış edəcək Azərbaycan çempionu “Araz”ın da rəqibləri bəlli olub.
A qrupunda yer alan Naxçıvan təmsilçisi “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson”la (Ukrayna) birgə 2-ci qrupa düşüb.
Qeyd edək ki, əsas mərhələnin oyunları 8 – 13 oktyabrda keçiriləcək/Report.