XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 19:00

Fikrət Məmmədov ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirdi –Sumqayıtda

İyulun 4-də Ədliyyə naziri Fikrət Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Strateq.az nazirliyə istinadla xəbər verir ki, qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində nazir, həmçinin ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı cari ildə görülmüş işlərə toxunulub, qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl edilməsi, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Nazir Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edərək, bu mühüm sənədin ədliyyə və məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün “yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə çatdırıb.

Eyni zamanda, nazir Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Sumqayıt şəhərində inşa olunan, 5 məhkəmənin yerləşəcəyi yeni məhkəmə kompleksinin tikintisinin gedişi ilə tanış olub, problemlərlə maraqlanıb.

Müasir tələblərə uyğun inşa olunan beş mərtəbədən ibarət məhkəmə binasının ictimai və inzibati zonalara bölünməsi, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastrukturun quraşdırılması nəzərdə tutulub. Həmçinin Sumqayıt şəhərinin hüquq institutlarının yenilənmiş infrastrukturu ilə tanışlıq olub.