XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 08:20

Arif Hacılı: “Müsavata yeridilmiş agentura şəbəkəsi üzərimizə gəlir” – AÇIQLAMA

arif hacili.jpg

Müsavat başqanı Arif Hacılı partiya ətrafında baş verən proseslərlə bağlı sosial şəbəkədə olan səhifəsində əsəbi status yazıb.

Azərbaycanda müxalifətçi kimi fəaliyyət göstərməyin 1988-ci ildən bu yana heç vaxt indiki kimi çətin olmadığını yazan A. Hacılı qeyd edib ki, iqtidar 1993 -cü ildən bəyan etdiyi xarici və daxili siyasi kursundan, avrointeqrasiya və demokratikləşmə xəttindən tamamilə imtina etməyə hazırlaşır:”Bunun üçün isə bütün müqavimət mərkəzlərini ələ almaq və ya məhv etmək xətti götürülüb. Məhkəmə, qanunvericilik, təhsil, səhiyyə, yerli özünüidarə, seçki sistemləri sıradan çıxarılaraq hakimiyyətin fəaliyyətinə yardımçı alətlərə çevrilib. QHT sektoru, azad mətbuat məhv edilib və ya ələ alınıb”.

A.Hacılı yazıb ki, dövlət resursları ilə yanaşı, milyardlarla maliyə vəsaiti hesabına təşkil edilmiş əlavə qüvvələr də Müsavat Partiyasına qarşı işləyir: “Təbliğat-təşviqat maşını, nəzarət altında olan KİV-lər, televiziyalar, yüzlərlə qeyri-hökumət təşkilatları, rəsmi və qeyri-formal güc strukturları, hakimiyyətin nəzarəti altında fəaliyyət göstərən siyasi partiyalar, hər yerə, o cümlədən təşkilatlarımıza yeridilmiş agentura seti, daha nələr, nələr üzərimizə gəlir. Bəzi keçmiş silahdaşlarımız da TV lərdən üzərimizə od püskürür, bəziləri müxtəlif bəhanələrlə aradan çıxır. İndi duruş gətirmək həmişəkindən daha çətin olduğu kimi daha vacib və şərəflidir. İndi duruş gətirənlərin adı daim hörmətlə anılacaq!”- deyə A. Hacılı Leninsayağı yazıb.