XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

05 İyul 2019 - 13:04

İranda qum qasırğası:119 nəfər xəstəxanalıq olub

Ötən 2 gün ərzində İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 119 nəfər xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, onlardan 22 nəfəri xəstəxanada yatırılıb.

Son günlər İranda qum qasırğasının sürəti saatda 119 kilometrə çatıb.

Qeyd edək ki, İranın Sistan və Bəluçestan vilayətinin şimal hissəsində 5 rayon yerləşir. Bu bölgədə qum qasırğasının əsas səbəbi Hamun gölünün qurumasıdır. /Trend