XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2019 - 20:12

Səfir:“ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir”

“Biz bu gün həm də inkişaf etmiş ABŞ və Azərbaycan dostluğunu qeyd edirik. Azərbaycan müstəqilliyini yenidən bərpa etdiyi andan ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyib”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberq 4 iyul Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycanın dünya səhnəsində rolu artmaqda ikən, biz sizin yanınızdayıq. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir”, – ABŞ səfiri qeyd edib.