XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 11:25

Dəyişkən buludlu, yağmursuz hava… – [color=red]Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata ggörə, bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-11dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə, dağlıq rayonlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.