XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 11:51

İtkin düşən neftçilərdən [color=red]daha birinin cəsədi tapıldı – SOCAR

Bu gün Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki, hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və "Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.