XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2019 - 13:15

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Strateq.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti, gecə 21-23° isti, gündüz 28-30° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıx 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək.