XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 13:21

18 min siqareti ölkəyə keçirmək istədi, saxlanıldı [color=red] – FOTO

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Mehman Hüseyn oğlunun idarə etdiyi 90 ZL 285 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Qazax rayonu ərazisində saxlanılaraq, avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 18000 ədəd xarici markalı siqaretlər aşkar edilərək, götürülüb. Faktla bağlı araşdırma aparılır.