Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə Tbilisidə növbəti aksiya keçirilir.
Parlament binası qarşısında təşkil olunan aksiya sayca 18-cidir.
Bugünkü aksiyada tribuna şair və yazıçılara verilib.
Təşkilatçılar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər. /Report