Azərbaycan prezidenti İlham Əliyev Anar Camal oğlu İsgəndərovun III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Tarix elmləri doktoru A.İsgəndərov Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə təltif edilib.
Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində anadan olub.
1984-cü ildən BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. 1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasına müdir seçilib.
İlk dəfə olaraq 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq, Azərbaycan ictimaiyyətinə çatdırıb.