XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2019 - 11:46

Gimnastlarımız 5 medal qazandı –Bolqarıstanda

Bu gün Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Strateq.az-a verilən məlumata görə, ölkəmizi bu yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.

Bildirilib ki, gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar.

Belə ki, Yelizaveta çoxnövçülük xallarına əsasən ilk olaraq bürünc medal qazanıb. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə isə top və lent ilə çıxışları gimnastımıza qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.

Fatimə isə lent ilə çıxışlarına görə bürünc medala sahiblənib.