XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2019 - 12:25

İran XİN sözçüsü:"Heç kimə ümid bağlamamışıq"

Fransa prezidenti Emmanuel Makronun müşaviri Tehrana səfər edəcək. 

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü  Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Rusiya və Çinin Hərtərəfli Birgə Fəaliyyət Planı haqqında danışan A. Musəvi deyib ki, İran heç bir ölkəyə ümid bağlamayıb: “Nə dostlarımız olan Çin və Rusiyaya, nə də  Avropa ölkələrinə ümid bağlamışıq. Bizim üçün önəmli olan verilən vədələrə əməl edilməsidir”.

İngiltərənin İran gəmisini saxlamasına münasibət bildirən A. Musəvi diplomatik addımların atıldığını xatırladın: “İki dəfə Britaniyanın Tehrandakı səfirinə və bir dəfə İspaniyanın səfirinə etiraz notası vermişik. Gəminin Suriyaya neft daşıması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir, bu gəmi super tankerdir və Suriya limanlarında gəminin yanalması üçün potensial yoxdur”.  /APA