XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 15:45

Azərbaycanda 378 milyon dollara [color=red]gəmi düzəldilir

dollar-3.jpg

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən marja.az-a verilən məlumata görə, Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu Bakı Gəmiqayırma Zavodunda ötən 2015-ci ildə 2 üzən qurğunun və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.

Hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 mln. dollar olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.