XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2019 - 15:20

AQTA sədri:"Ət və süd məhsulları üzərində nəzarət daha da gücləndiriləcək"

“Biz beynəlxalq standartlara uyğun olaraq risk əsaslı nəzarət mexanizmi həyata keçiririk. Yüksək riskli məhsullar üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün istər ət və ət məhsulları üzərində, istərsə də süd və süd məhsulları üzərində qida təhlükəsizliyinə nəzarət sistemi daha da gücləndiriləcək”.

Bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, nəzarət sistemi həm idxal olunan, həm də ölkədə istehsal olunan məhsullar üzərində olacaq.

AQTA sədri bildirib ki, mövsümlə əlaqədar bəzi müəssisələrdə monitorinqlər həyata keçirilir: “Bizə müxtəlif istehlakçılar tərəfindən 1003 “qaynar xətt”inə məlumatlar daxil olur. Həmin məlumatlar Agentlik tərəfindən nəzarətə götürülür və müvafiq qaydada yoxlamalar aparılır. Təəssüf ki, son zamanlar aşkarladığımız istehsal müəssisələrinin heç biri qüvvədə olan norma və qaydalara uyğun deyil. Onların istehsal etdikləri məhsullar insan qidası üçün yararsız məhsullar olduğu üçün həmin müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”. /APA