XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2019 - 19:55

Azərbaycanda Notariat Palatası yaradılıb- Ədliyyə Nazirliyindən açıqlama

Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.

Strateq.az Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə nizamnaməsi yekdilliklə qəbul olunmaqla Azərbaycan Notariat Palatası təsis edilib.

Daha sonra Palatanın idarəetmə orqanlarının seçkisi keçirilərək İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.

2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.