XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2016 - 07:52

“Naxçıvanda “donuz qripi” yoxdur” – [color=red]Nazirlik rəsmi məlumat yaydı

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi son günlər Naxçıvanda “donuz qripi” virusu yayıldığı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Naxçıvan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasında “donuz qripi”nin olması ilə bağlı yalnış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb:

"Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən muxtar respublikanın sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır. Bu günə qədər muxtar respublikanın səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib.

Görülmüş tədbirlərin nəticəsində muxtar respublikada epidemioloji durum tam stabildir".