XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2019 - 23:15

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib- Cənub bölgəsində gözlənilən güclü küləklə bağlı

“Azərişıq” ASC cənub bölgəsində gücləndirilmiş iş rejiminə keçib.

ASC-dən verilən məlumata görə, hazırda Cəlilabadda və Biləsuvarda güclü küləklə bağlı qurum tərəfindən qabaqlayıcı tədbirlər görülür.

“Fərdi qaydada problem yarandığı halda, onlar operativ aradan qaldırılacaq. Bütün lazımi olan material, maşın mexanizmlərinə zərurət yarandıqda dərhal təmin ediləcək. Yaranacaq problemlərlə bağlı 199 – Çağrı Mərkəzinə müraciət etmək olar” – deyə ASC-dən qeyd ediblər.