XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

10 İyul 2019 - 13:01

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək- Yeni qrafik

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakıdan iyulun 15-dən, Qazaxdan isə iyulun 16-dan etibarən 98/97 nömrəli Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar Bakıdan iyulun 15-dən, Böyük Kəsikdən isə iyulun 16-dan etibarən 666/665 nömrəli Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

Qatar Bakıdan saat 23:00-da yola düşəcək, saat 06:30-da isə Bakıya çatacaq. Eyni zamanda, qatar Böyük Kəsiyə saat 08:50-də çatacaq, saat 20:20-də Böyük Kəsikdən yola düşəcək(azərtac).