XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2015 - 11:12

Bakıdakı Avropa Oyunları ilə bağlı Fransada motoyürüş – FOTO

Land of Fire Birliyinin üzvlәri Fransanın Qrimo şəhərində keçiriləcək Moto Festivalda iştirak üçün motoyürüş edirlər. Strateq.az xəbər verir ki, bu motoyürüşün məqsədi, 12-18 iyun tarixlərində Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları (#BAKU2015) ərəfəsində Azərbaycanı və Avropa oyunlarını tanıtmaq və təbliğ etməkdir. Baykerlər iki qrupa bölünərək, Harley Davidson motosikletləri ilə Bakıdan motoyürüşə başlayıblar. Baykerlərin bir qrupu Gürcüstan, Ukrayna, Macarıstan, Sloveniya və İtaliya ərazisindən keçib, ikinci qrup isə – Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya və İtaliya ərazisindən keçib. Hazırda hər bir qrup 5000 km-dən artıq məsafəni qət edib. Dünən hər iki qrup İtaliyanın Genuya şəhərində görüşüb. Artıq bu gün onlar Fransanın Qrimo şəhərinə yola düşüblər. Onu da qeyd etmək lazımdır ki, hazırki motoyürüş iştirakçıların şəxsi vəsaitləri hesabına maliyyələşdirilir. Land of Fire birliyi Harley Davidson markalı motosikletlərin sahiblərinin müstəqil birliyidir. Birlik iştirakılarını bir araya gətirən əsas meyar – Harley Davidson motosikletlərinə məhəbbət, üzvlər arasında qardaşlıq münasibətləri, vətənə sevgidir.

Ramin

Strateq.az