Tatarıstan prezidenti Rüstəm Minnixanov yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Bu barədə Tatarıstan prezidentinin mətbuat katibinin müavini Liliya Qalimova bildirib.
L. Qalimova bildirib ki, Azərbaycan və Tatarıstan arasında ticarət dövriyyəsi 58 milyon dollar təşkil edir: “Bu, çox aşağı göstəricidir. Bizim əlaqələrimizin ən yaxşı vaxtlarında bu göstərici 200 milyon dollar olub”. /APA