XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2015 - 11:27

Kremlin dəvətini rədd edən ölkələr-SİYAHI

Putin_1111.jpg

Türkiyə prezidentinin ardından, özbəkistan dövlət başçısının faşizim üzərində qələbənin 70 illiyi ilə əlaqədar 9 mayda Moskvada keçiriləcək tədbirlərə qatılmayacağı açıqlanıb.

“RİA Novosti” Agentliyinin məlumatına görə, 9 mayda Moskvada keçiriləcək tədbirlərə qatılmaq üçün 68 ölkənin dövlət başçısına, həmçinin BMT, Avropa İttifaqı, Avropa Şurası, YUNESKO-nun rəhbərliyinə dəvət göndərilib. Moskvaya gələcəklərini artıq 25 ölkə rəhbəri təsdiqləyib.

ABŞ və yaxın müttəfiqlərinin Moskva tədbirlərinə qatılmayacağı diqqət çəkir. Ukrayna, Polşa, Finlandiya, Cənubi Koreya, Monetenqro, İsrail, Bolqarıstan, Litva, Latviya, Moldova və Estoniya prezidentləri Kremlin dəvətini rədd ediblər.

Eyni zamanda Kremlin müttəfiqlərindən olan MDB ölkələri liderlərindən Belarusiya prezidenti Aleksandr Lukaşenko, özbəkistan dövlət başçısı İslam Kərimov 9 mayda Moskvada olmayacaqlar.