XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 15:54

Bu küçədə nəqliyyatın hərəkəti tam [color=red]məhdudlaşdırılacaq

Bakının Nizami rayonunda Naxçıvanski küçəsinin Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospekti istiqamətinə doğru olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti yanvarın 13-də səhər saatlarından etibarən tam olaraq məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması orada aparılan təmir-tikinti işləri ilə əlaqədardır.

Yaranacaq müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.