XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 16:06

Prezidentin etimad göstərdiyi qadın səfir kimdir? -[color=red] FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nərgiz Akif qızı Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verərək, onu Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Bəs, qadın səfirimiz kimdir?

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, Nərgiz Qurbanova uzun müddət Azərbaycanın ABŞ-dakı səfirinin müavini vəzifəsində çalışıb. O, Prezident İlham Əliyevin 18 aprel 2013-cü il sərəncamı ilə Amerika Birləşmiş Ştatlarındakı səfirimizin müavini təyin edilib.

23 dekabr 2013-cü il tarixində isə N.A. Qurbanovanın Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirinin müavini vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

 Xatırladaq ki, Azərbaycan dövlətçilik tarixinə ilk diplomat xanım Sara xatun olub.