“Vladimir Putin və Vladimir Zelenski arasında olan telefon danışığı praqmatik idi”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu iki prezident arasında baş tutan ilk söhbət idi və tanışılıq xarakteri daşıyırdı”, – deyə Peskov bildirib.
Qeyd edək ki, iyulun 11-də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ilk dəfə telefon danışığı olub. Telefon bağlantısı barədə təşəbbüs Ukrayna tərəfindən gəlib. /APA