XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2019 - 19:11

Vaşinqtonda zəlzələ olub- 4,5 bal gücündə

Bu gün ABŞ-ın Vaşinqton ştatının ərazisində 4,5 bal gücündə zəlzələ olub.

ABŞ geoloji xidmətinin məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 11:51-də (Bakı vaxtı ilə 12:51) qeydə alınıb. Yeraltı təkanların episentri Snoxomiş dairəsində, ocağı isə 22,3 kilometr dərinlikdə yerləşib. Mümkün qurbanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Geoloji xidmət zəlzələ ilə bağlı “yaşıl səviyyə” təhlükəsi elan edib. Bu, tələfat və iqtisadi zərər ehtimalının az olması anlamına gəlir(azərtac).